Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Rusiyanın keçmiş baş naziri, sabiq xarici işlər naziri Yevgeni Primakov dəfn edilib.
"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb.
Vida mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak edib.
Xəbərə görə, Yevgeni Primakov Novodeviçye qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Y.Primakov iyunun 26-da 85 yaşında dünyasını dəyişib.