​Prezident: "Gürcüstanın Rusiya ilə dialoqa ehtiyacı var"

​Prezident: "Gürcüstanın Rusiya ilə dialoqa ehtiyacı var" Marqvelaşvili: "Rusiya ilə dialoq seçim mövzusu deyil, vacibdir, lakin buna vaxt lazımdır"
Region
28 Sentyabr , 2015 15:03
​Prezident: Gürcüstanın Rusiya ilə dialoqa ehtiyacı var

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Rusiya ilə dialoq seçim mövzusu deyil, vacibdir, lakin buna vaxt lazımdır". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili ABŞ-a səfəri zamanı bildirib. 

"Rusiya ilə dialoq seçim mövzusu deyil, bu bizim xoşumuza gəlsə də, gəlməsə də, vacibdir. Lakin belə danışıqlar üçün vaxt yetişməlidir. Rusiya rəhbərliyi və daxili siyasi diskurs elə bir məqama diqqəti yönəltməlidir ki, biz orada ortaq bir maraq görək" - G.Marqvelaşvili Nyu-Yorkda gürcü diasporunun nümayəndələri ilə görüşdə deyib. 

Qeyd edək ki, Gürcüstan prezidenti hazırda ABŞ-da işgüzar səfərdədir. O, Nyu-York və Vaşinqtonda müxtəlif tədbirlərdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi