Bakı. 14 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko və
"Report" Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, P.Poroşenko Ukraynanın sülh yolu ilə tənzimlənmə və Minsk müqavilələrinin yerinə yetirilməsi məsələlərində Avropa İttifaqı və ABŞ arasında hərəkətlərin daha böyük koordinasiyasına ehtiyac duyur.
Pyotr Poroşenko və Donald Tusk vizasız rejimin tətbiq edilməsi üzrə fəaliyyət planına dair Ukraynanın öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini müzakirə ediblər.
P.Poroşenko qeyd edib ki, Ukrayna Riqadakı Şərq Tərəfdaşlığı sammitində onun avrointeqrasiya yolunda hərəkətlərinə müsbət qiymət veriləcəyinə və Ukrayna vətəndaşları üçün vizasız rejim perspektivlərinin açılmasına ümid edir.
Ukrayna prezidenti Aİ-ni Şərq Tərəfdaşlığı ölkələrinə Avropa perspektivlərini daha dəqiq təqdim etməyə çağırıb.