​Polisə atəş açan terrorçu HDP üzvü və bələdiyyə işçisi imiş

​Polisə atəş açan terrorçu HDP üzvü və bələdiyyə işçisi imiş O, İdildəki dövlət xəstəxanasına yerləşdirilib
Region
18 Avqust , 2015 13:37
​Polisə atəş açan terrorçu HDP üzvü və bələdiyyə işçisi imiş

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətində polis maşınına atəş açan PKK terroroçularından birinin yerli bələdiyyənin işçisi, Xalqların Demokratik Pariyasının (HDP) üzvü olduğu aşkarlanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Terroroçular əyalətin İdil rayonunun Turqut Özal məhəlləsində polisə iri çaplı silahlarla hücum ediblər. Xüsusi təyinatlı polsi dəstəsi terrorçu PKK silahlılarına cavab atəşi açıb. Atışma nəticəsində bir terrorçu yaralı olaraq ələ keçirilib. O, İdildəki dövlət xəstəxanasına yerləşdirilib. Yoxlama zamanı məlum olub ki, 33 yaşlı terrorçu həm İdil bələdiyyəsinin işçisi və həmsədri Səlahəddin Dəmirtaş olan HDP-nin üzvüdür.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi