​PKK terrorçuları Türkiyədə neft quyusuna hücum edib

​PKK terrorçuları Türkiyədə neft quyusuna hücum edib Terrorçuların müəyyən edilərək tutması istiqamətində işlər davam edir
Region
5 Avqust , 2015 13:13
​PKK terrorçuları Türkiyədə neft quyusuna hücum edib

Bakı. 5 avqust. REPORT.AZ/ PKK terrorçuları özəl şirkətə məxsus neft quyusuna hücum edib.

"Report" Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə Türkiyənin cənubunda Diyarbəkir vilayətində baş verib.

İşçilər neft quyusu yerləşən ərazini tərk etdikdən sonra, terrorçular generator və işçilərin qaldığı konteynerə atəş açıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları hücumun təfərrüatları və xəsarət alanların olub-olmadığını araşdırmağa başlayıblar.

Terrorçuların müəyyən edilərək tutulması istiqamətində işlər davam edir.

Son xəbərlər

Orphus sistemi