PKK terrorçuları ilə toqquşmada 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb

PKK terrorçuları ilə toqquşmada 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb Ağır yaralanan 4 türk əsgəri və bir polis məmuru Diyarbəkir Əsgər Hospitalına aparılıb
Region
10 Yanvar , 2016 21:17
PKK terrorçuları ilə toqquşmada 2 nəfər şəhid olub, 3 nəfər yaralanıb

Bakı. 10 yanvar. REPORT. AZ / Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyatda bir hərbçi və bir polis məmuru şəhid olub, 3 əsgər yaralanıb.

"Report" Anadolu agentliyinə istinadən xəbər verir ki, terrorçularla toqquşmada ağır yaralanan 4 türk əsgəri və bir polis məmuru Diyarbəkir Əsgər Hospitalına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, əsgərlərdən birini və polis məmurunu xilas etmək mümkün olmayıb. Yaralı 3 əsgərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, 2015-ci il oktyabrın 1-dən Sur rayonunda fövqəladə vəziyyət elan olunub. Ötən dövrdə bölgədə aparılan antiterror əməliyyatlarında PKK-ya məxsus külli miqdarda silah və sursat ələ keçirilib, çox sayda terrorçu zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi