PKK-nın 20 terrorçusu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

PKK-nın 20 terrorçusu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub Son iki ildə 841 terrorçu PKK və KCK düşərgələrindən qaçaraq hakimiyyət orqanlarına təslim olub
Region
12 Avqust , 2015 16:24
PKK-nın 20 terrorçusu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

Bakı. 12 avqust. REPORT.AZ/ PKK-nın 20 terrorçusu Türkiyənin Şırnak, Hakkari və Bingöl bölgələrindəki təhlükəsizlik qüvvələrinə təslim olublar.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Şırnak valiliyinin yaydığı açıqlamada bildirilib ki, 2013-cü il martın 21-dən 2015-ci il avqustun 11-dək terrorçu PKK və KCK-dan (Kürd İcması Birliyi) 841 nəfər qaçaraq, Türkiyə təhlükəsizlik orqanlarına təslim olublar: "Onlarla bağlı bütün məlumatlar uyğun qurumlara təqdim edilib". 

Son xəbərlər

Orphus sistemi