PKK birtərəfli atəşkəs elan etməyə hazırlaşır

PKK birtərəfli atəşkəs elan etməyə hazırlaşır Bu qərar noyabrın 1-də ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədardır
Region
7 Oktyabr , 2015 22:01
PKK birtərəfli atəşkəs elan etməyə hazırlaşır

Bakı. 7 oktyabr. REPORT.AZ/ PKK terror təşkilatı Türkiyədə birtərəfli atəşkəs elan etməyə hazırlaşır. “Report”un “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu qərar noyabrın 1-də ölkədə keçiriləcək parlament seçkiləri ilə əlaqədardır.

Belə ki, seçkilərdə iştirak edən kürdyönümlü Xalqların Demokratiyası Partiyasına dəstək məqsədi ilə alnan bu qərar Türkiyə parlamentində milliyyətçə kürd olan deputatların sayının artırılması məqsədini güdür.

Qeyd edək ki, son bir neçə ay ərzində Türkiyənin cənub-şərqində törədilən terror aktları nəticəsində yüzlərlə insan həlak olub.

Son xəbərlər

Orphus sistemi