​Pilot Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi prosesinə başlanılıb

​Pilot Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi prosesinə başlanılıb Lakin bu, 2 aya qədər vaxt apara bilər
Region
28 Aprel , 2016 02:21
​Pilot Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi prosesinə başlanılıb

Bakı. 28 aprel. REPORT.AZ/ Rusiyada həbs olunan təyyarəçi Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi prosesi başlayıb, lakin o, 1 aydan 2 ayadək vaxt apara bilər.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müttəhimin vəkili Mark Feyqin məlumat verib.

"Mən Savçenkonun cəzasını Ukraynada çəkmək üçün təhvil verilməyə razı olmasına dair ərizəsini almışam. Prosedura görə ona bu prosesin işə salınması üçün doldurmalı olduğu sənədlər verilməli idi. Güman edirəm ki, bəli, prosedur başlayıb, lakin başa düşmək lazımdır ki, o, tez bir zamanda olmayacaq və bir aydan iki ayadək vaxt apara bilər", — deyə Feyqin qeyd edib.

Son xəbərlər

Orphus sistemi