​Peskov: "Suriyadakı hava hücumları həm də Türkiyənin sərhədlərinin qorunması məqsədini daşıyır"

​Peskov: "Suriyadakı hava hücumları həm də Türkiyənin sərhədlərinin qorunması məqsədini daşıyır" "Biz ənənəvi olaraq Türkiyə ilə ikitərəfli münasibətləri yüksək qiymətləndiririk"
Region
8 Oktyabr , 2015 15:57
​Peskov: Suriyadakı hava hücumları həm də Türkiyənin sərhədlərinin qorunması məqsədini daşıyır

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Biz ənənəvi olaraq Türkiyə ilə ikitərəfli münasibətləri yüksək qiymətləndiririk".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmtri Peskov Türkiyə ilə ölkəsi arasında baş verən hadisələrə münasibət bildirərkən deyib.

"Prezidentlər Putin və Ərdoğanın münasibətlərin inkişafı ilə bağlı nəzərdə tutduqları planın yüksələn xətlə həyata keçəcəyinə səmimi olaraq inanırıq", - o vurğulayıb.

Peskov Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumları haqda isə bunları deyib: "Bu, eyni zamanda Türkiyənin sərhədlərinin qorunması məqsədi daşıyır".

Son xəbərlər

Orphus sistemi