Bakı. 16 noyabr. REPORT.AZ/ "ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasındakı görüşdən sonra iki ölkənin münasibətlərində dönüş yoxdur".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"20 dəqiqəlik görüşün ikitərəfli münasibətlərdə dönüş yaradacağını gözləmək reallıqdan uzaqdır. Ancaq doğrudan da danışıq çox konstruktiv xarakterli olub", - D.Peskov vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçirilən "Böyük-20"liyin ("G-20") zirvə toplantısı çərçivəsində Barak Obama ilə Vladimir Putin arasında görüş keçirilib.