​Pakistan İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin tənzimlənməsinə vasitəçilik edəcək

​Pakistan İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin tənzimlənməsinə vasitəçilik edəcək Nəvazi Şərif İran prezidenti Həsən Ruhani ilə problemin həllini müzakirə etdiklərini də söyləyib
Region
20 Yanvar , 2016 16:00
​Pakistan İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin tənzimlənməsinə vasitəçilik edəcək

Bakı. 20 yanvar. REPORT.AZ/ Tehran Pakistanın İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası üçün vasitəçiliyə razılıq verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın baş naziri Nəvaz Şərif İrana səfərindən sonra İslamabadda bildirib.

O, İran prezidenti Həsən Ruhani ilə problemin həllini müzakirə etdiklərini də söyləyib.

Məlumata görə, Pakistan və İran məsələyə dair xüsusi təmsilçilərinin təyin edilməsinə dair razılığa gəliblər. İslamabad Tehranla Ər-Riyad arasında münasibətlərin tənzimlənməsi ilə bağlı vasitəçiliyi üzərinə götürüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Nimra ən-Nimra adlı ictimai xadimi edam etdikdən sonra krallığın İslam Respublikasındakı səfirlik və konsulluğunun binası yandırılmışdı. Səudiyyə Ərəbistanı və bir sıra ərəb dövləti bu basqından sonra İranla diplomatik əlaqələri kəsib.  

Son xəbərlər

Orphus sistemi