​Özbəkistanlı milyarder "Kalaşnikov" şirkətinin sahiblərindən biri olub

​Özbəkistanlı milyarder "Kalaşnikov" şirkətinin sahiblərindən biri olub Milyarder öz ortağı Andrey Bokarevin "Kalaşnikov"dakı səhmlərinin 12,25%-ni alıb
Region
2 İyul , 2015 14:16
​Özbəkistanlı milyarder Kalaşnikov şirkətinin sahiblərindən biri olub

Bakı. 2 iyul. REPORT.AZ/ Ural Dağ-Metallurq Şirkətinin əsas səhmdarı sayılan özbək əsilli milyarder İskəndər Mahmudov "Rostex" Dövlət Konserninə daxil olan "Kalaşnikov" silah müəssisəsinin yiyələrindən birinə çevrilib.

"Report" xəbər verir ki, bu haqda Rusiyanın "Komersant" qəzeti yazıb.

Məlumata görə, milyarder öz ortağı Andrey Bokarevin "Kalaşnikov"dakı səhmlərinin 12,25%-ni alıb. Bununla da silah şirkətində İ.Mahmudovun payı 25%-ə yüksəlib. "Kalaşnikov"un səhmlərinin 51% "Rostex"ə məxsusdur.

İ.Mahmudov atıcı silah istehsal edən İjevsk Mexaniki zavodunun da yiyələrindən birinə çevrilib. Müəssisənin digər sahibi isə "Rostex"dir.

İ.Mahmudov 1963-cü ildə Özbəkistanın Buxara vilayətində anadan olub. İxtisasca ərəbşünasdır. SSRİ dövründə Liviya və İraqda hərbi sahədə tərcüməçi işləyib.

"Forbes"in hesablamasına əsasən, 2013-cü ildə onun 8,7 milyard dollar, 2014-cü ildə isə 6,1 milyard dollarlıq var-dövləti olub. Bu göstərici ilə o, dünyada 88-ci, Rusiyada isə 15-ci yerdədir.

Qeyd edək ki, Ukraynada baş verən hadisələrə və Rusiyanın Krımı ilhaqına görə "Kalaşnikov" ABŞ-ın sanksiyasına məruz qalan şirkətlərdəndir. Müəssisə 2013-cü ilin avqustunda qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi