​Özbəkistanla Qırğızıstan sərhədçiləri arasında atışma olub

​Özbəkistanla Qırğızıstan sərhədçiləri arasında atışma olub Hadisə ilə bağlı araşdırma aparılır
Region
29 İyun , 2015 17:55
​Özbəkistanla Qırğızıstan sərhədçiləri arasında atışma olub

Bakı. 29 iyun. REPORT.AZ/ Özbəkistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub.

"Report" xəbər verir ki, bu haqda Qırğız Respublikası Dövlət Sərhəd Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İlkin məlumata görə, Qırğızıstan sərhədçiləri Aydarken sərhəd dəstəsi "Kara Şoro" sərhəd zastavasında Özbəkistan sərhədçilərinə dövlət sərhədi xəttini pozduqlarını irad tutublar.

Bu iradın qarşılığında Özbəkistan hərbçiləri atəş açıb. Bundan sonra neytral ərazidə tərəflər arasında atışma olub.

Qırğızıstan tərəfdən itkinin olmadığı bildirilib.

Özbəkistan rəsmiləri isə məsələyə dair hələlik açıqlama verməyib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi