​Özbəkistanda torpaq sürüşməsi olub, 5 nəfər ölüb

​Özbəkistanda torpaq sürüşməsi olub, 5 nəfər ölüb Aşırım dəniz səviyyəsindən min iki yüz metr yüksəklikdə yerləşir
Region
5 May , 2016 08:58
​Özbəkistanda torpaq sürüşməsi olub, 5 nəfər ölüb

Bakı. 5 may. REPORT.AZ/ Özbəkistanın Kamçık aşırımında torpaq sürüşməsi nəticəsində 5 nəfər həyatını itirib.

"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Torpaq uçqununun altından 6 nəfər xilas edilib.

Təbiət hadisəsi Daşkənd-Oş avtomobil yolunun 223 km-də Kamçık aşırımında olub.

Qeyd edək ki, Kamçik aşırımı Kurama dağ silsiləsindəki yalda yerləşir. Aşırım dəniz səviyyəsindən min iki yüz metr yüksəklikdədir. Oradan ölkənin şərqi (Əndican, Namaqan,Fərqanə) ilə başqa hisslərini birləşdirən yeganə avtomobil yolu keçir.

Qış aylarında qar uçqunu davamlı olaraq yolu bağlayır. 

Son xəbərlər

Orphus sistemi