Özbəkistanda prezident seçkiləri dekabr ayına təyin olunub - YENİLƏNİB

Özbəkistanda prezident seçkiləri dekabr ayına təyin olunub - YENİLƏNİB Özbəkistan baş naziri müvəqqəti olaraq prezident vəzifəsini icra edəcək
Region
8 Sentyabr , 2016 15:39
Özbəkistanda prezident seçkiləri dekabr ayına təyin olunub - YENİLƏNİB

Bakı. 8 sentyabr. REPORT.AZ/ Özbəkistanın bas naziri Şavkat Mirziyayev muvəqqəti olaraq prezident vəzifəsini icra edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin asagı palatasının sədri bildirib.

"Şavkat Mirziyayev muvəqqəti olaraq prezident vəzifəsini icra edəcək, Senatın sədri Niqmatulla Yuldasev öz namizədliyini geri götürüb", - o, qeyd edib.

Ş.Mirziyeyevin namizədliyi respublikanın hər iki palatasının birgə iclasında təsdiq olunub. 

***saat 14:43

Bakı. 8 sentyabr. REPORT.AZ/ Özbəkistan parlamenti (Oliy Məclisi) Niqmatulla Yuldaşevi  prezident vəzifəsini müvəqqəti olaraq icra edən qismində təyin edib.

"Report" "Radio Svoboda"ya istinadən xəbər verir ki, Özbəkistan Konstitusiyasına əsasən, dövlət başçısının ölümündən sonra hakimiyyət müvəqqəti olaraq Oliy Məclisi Senatının sədrinə keçir. 

Bundan başqa, parlament növbədənkənar prezident seçkilərini bu ilin dekabr ayına təyin edib. 

Özbəkistanın birinci prezidenti İslam Kərimov insult səbəbindən vəfat edib və sentyabrın 3-də Səmərqənddə dəfn edilib. 

Son xəbərlər

Orphus sistemi