Özbəkistan prezidenti vəfat edib

Özbəkistan prezidenti vəfat edib O, sovetlər dövrü ilə birlikdə Özbəkistanın 28 il rəhbəri olub
Region
2 Sentyabr , 2016 12:20
Özbəkistan prezidenti vəfat edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Özbəkistanın ilk prezidenti İslam Əbdülqənioviç Kərimov 78 yaşında vəfat edib.

"Report"un xəbərinə görə, "Reuters" agentliyi bu məlumatı üç diplomatik qaynağa istinadən yayıb.

Bundan başqa, dünyanın digər məşhur KİV-ləri də öz qaynaqlarına istinadən xəbəri tirajlayıb.

Qeyd edək ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunista Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi