Özbəkistan Mətbuat və İnformasiya Agentliyinin baş direktoru həbs olunub

Özbəkistan Mətbuat və İnformasiya Agentliyinin baş direktoru həbs olunub Omonullo Yunusov dövlət büdcəsindən kitab nəşrinə ayrılmış maliyyə vəsaitini mənimsəməkdə ittiham edilir
Region
25 Avqust , 2016 10:10
Özbəkistan Mətbuat və İnformasiya Agentliyinin baş direktoru həbs olunub

Bakı. 25 avqust. REPORT.AZ/ Özbəkistan Milli Təhlükəsizlik Xidməti ölkənin Mətbuat və İnformasiya Agentliyinin baş direktoru Omonullo Yunusovu həbs edib.

"Report" TASS-a istinadən xəbər verir ki, O.Yunusov "Özbəkistan" nəşriyyat evinin rəhbərliyinə qarşı başladılan cinayət işi çərçivəsində tutularaq, istintaqa cəlb edilib.

O.Yunusov 2013-cü ildən Mətbuat və İnformasiya Agentliyinə rəhbərlik edir.

Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilib ki, o, dövlət büdcəsindən kitab nəşrinə ayrılmış maliyyə vəsaitini mənimsəməkdə ittiham edilir".

Qeyd edək ki, Özbəkistan Mətbuat və İnformasiya Agentliyi informasiya mübadiləsi, çap, poliqrafiya fəaliyyəti, dövri mətbuatın paylanması sahələri ilə məşğul olan dövlət orqanıdır.

Son xəbərlər

Orphus sistemi