Özbəkistan Maliyyə Nazirliyi baş nazirin birinci müavininin həbsi barədə şayiələri təkzib edib

Özbəkistan Maliyyə Nazirliyi baş nazirin birinci müavininin həbsi barədə şayiələri təkzib edib Nazirlik: "Rüstəm Əzimov iş başındadır"
Region
30 Avqust , 2016 10:16
Özbəkistan Maliyyə Nazirliyi baş nazirin birinci müavininin həbsi barədə şayiələri təkzib edib

Bakı. 30 avqust. REPORT.AZ/ Özbəkistan baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov işinin başındadır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Maliyyə Nazirliyindən bildiriblər.

"Nazirlik normal qrafikdə işləyir, bütün rəhbərlik işinin başındadır, Rüstəm Sadikoviç (Əzimov - red.) öz otağındadır", - deyə nazirliyin əməkdaşı qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl KİV-də Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə bağlı məlumatlardan sonra R.Əzimovun ev həbsinə alındığı barədə informasiya yayılmışdı.

Son xəbərlər

Orphus sistemi