İslam Kərimovun dəfn mərasimi Səmərqənddə keçiriləcək - YENİLƏNİB

İslam Kərimovun dəfn mərasimi Səmərqənddə keçiriləcək - YENİLƏNİB Özbəkistanda 3 günlük matəm elan olunacaq
Region
2 Sentyabr , 2016 20:58
İslam Kərimovun dəfn mərasimi Səmərqənddə keçiriləcək - YENİLƏNİB

Bakı. 2 sentyabr. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq.

"Report" xəbər verir ki, bu barədə məlumat ölkənin Nazirlər Kabineti və parlamenti tərəfindən yayılıb.

Bildirilib ki, ölkədə 3 günlük matəm elan olunacaq.


***18:54

 Özbəkistan prezidenti İslam Kərimov 78 yaşında vəfat edib. 

"Report"un xəbərinə görə, bu barədə Özbəkistan hökumətinin yaydığı rəsmi məlumatda deyilir. Bununla da Özbəkistan hökuməti İslam Kərimovun ölümünü rəsmən təsdiqləyib.

Xatırladak ki, Özbəkistanın Nazirlər Kabineti sentyabrın 2-də səhər bildirmişdi ki, ölkə liderinin vəziyyəti ağırdır.

İslam Kərimovun xəstəxanaya yerləşdirilməsi haqqında məlumat isə avqustun 28-də yayılıb. 

Son xəbərlər

Orphus sistemi