Obama Ərdoğana baş sağlığı verib

Obama Ərdoğana baş sağlığı verib 1 saat 20 dəqiqə davam danışıq zamanı Suriyada baş verən hadisələr də müzakirə predmeti olub
Region
19 Fevral , 2016 23:35
Obama Ərdoğana baş sağlığı verib

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

"Report"un Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 saat 20 dəqiqə davam danışıq zamanı Obama Türkiyənin yanında olduqlarını bildirib.

"Ankarada baş verən şiddətli terroru qınayırıq. Türkiyənin yanındayıq, xalqın faciəsini paylaşırıq", - Obama vurğulayıb.

ABŞ prezidenti bildirib ki, Türkiyə özünümüdafiə hüququna malikdir, ABŞ isə NATO üzrə tərəfdaşına dəstək verəcək.

İki ölkə liderinin Suriyada baş verən hadisələri də müzakirə etdiyi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi