Nyu-Yorkda Mərkəzi Asiya və Cənubi Qafqaz nəqliyyat-tranzit dəhlizlərinin əhəmiyyəti müzakirə olunub

Nyu-Yorkda Mərkəzi Asiya və Cənubi Qafqaz nəqliyyat-tranzit dəhlizlərinin əhəmiyyəti müzakirə olunub Forumun nümayəndələri Türkmənistan, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin əldə etdikləri razılaşmaların əhəmiyyətini vurğulayıblar
Region
4 Mart , 2015 11:31
Nyu-Yorkda Mərkəzi Asiya və Cənubi Qafqaz nəqliyyat-tranzit dəhlizlərinin əhəmiyyəti müzakirə olunub

Bakı. 4 mart. REPORT.AZ/ Türkmənistanın BMT yanındakı daimi nümayəndəliyi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının təşəbbüsü ilə Nyu-Yorkda "Nəqliyyat-tranzit dəhlizləri: hərəkət etmək vaxtıdır" adlı Beynəlxalq forum keçirilib. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, bu toplantı Baş Assambleyanın 2014-cü ildə qəbul edilən beynəlxalq əməkdaşlığın təminatında nəqliyyat-tranzit dəhlizlərinin rolu haqqında qətnamədəki müddəaların həyata keçirilməsinə həsr olunub. 

Forumda BMT baş katibinin müavini, dənizə çıxışı olmayan daha az inkişaf edən ölkələr üzrə ali nümayəndə Qyan Çandra Açarya, BMT-yə üzv ölkələrinin diplomatları, BMT regional iqtisadi komissiyaların, beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər. 

Forum iştirakçıları qeyd ediblər ki, bu layihələr dənizə birbaşa çıxışı olmayan ölkələrə beynəlxalq bazarlara çıxmaq və "Özbəkistan-Türkmənistan-İran-Oman" nəqliyyat dəhlizinin yaradılması üçün perspektivlər açır. Forum iştirakçıları Türkmənistan, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin 2015-ci il yanvarın 29-da Aşqabadda keçirilən görüşün yekununda əldə etdikləri razılaşmaların əhəmiyyətini vurğulayıblar.

Forumun yekununda Nəqliyyat-tranzit dəhlizləri haqqında qətnamə müddəalarının gələcəkdə həyata keçirilməsinə dair Konsepsiya layihəsi qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi