Bakı. 27 aprel. REPORT.AZ/ "Ticarət dövriyyəsinin düşməsinə baxmayaraq, Avrasiya İqtisadi İttifaqı (Aİİ) vacib layihədir". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkisində qalib gələn Nursultan Nazarbayev deyib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına Türkiyə də maraq göstərir: "Dolların düşməsinə baxmayaraq, bizi ticarət dövriyyəsi həcminin azalmasına görə, tənqid edirlər. Bizim ittifaqla 40 dövlət maraqlanır".
N.Nazarbayevin sözlərinə görə, tengenin (Qazaxıstanın milli valyutası) məzənnəsi Rusiya rublunun dəyərindən asılıdır.