​Boris Nemtsovun qətli ilə bağlı versiyalar açıqlanıb

​Boris Nemtsovun qətli ilə bağlı versiyalar açıqlanıb Rusiyanın İstintaq Komitəsi: "Bu qətl əvvəlcədən planlaşdırılaraq həyata keçirilib"
Region
28 Fevral , 2015 14:44
​Boris Nemtsovun qətli ilə bağlı versiyalar açıqlanıb

Bakı.28 fevral. REPORT.AZ/ "Boris Nemtsovun qətli ölkədəki siyasi sabitliyin pozulamasına yönəlib".

"Report" xəbər verir ki, bu haqda Rusiyanın İstintaq Komitəsinin internet saytındakı açıqlamada bildirilib.

Qurum hesab edir ki, bu qətl əvvəlcədən planlaşdırılaraq həyata keçirilib.

Komitə cinayət işi ilə bağlı istintaqın üç versiyası haqda açıqlama verib: "Birinci, ölkədə siyasi sabitliyi pozmaq üçün Nemtsov ən uyğun qurban idi. İkinci, Fransada çıxan "Charlie Hebdo" jurnalını müdafiə etdiyi üçün o, təhdid olunurdu. Üçüncü versiya isə Ukraynada baş verənlərlə bağlı onun tutduğu mövqedir".

Son xəbərlər

Orphus sistemi