Nazir: "Türkiyə Suriyaya piyada qoşunu göndərməyəcək"

Nazir: "Türkiyə Suriyaya piyada qoşunu göndərməyəcək" Fikri Işık: "Silahlı Qüvvələrimiz Suriya Azadlıq Ordusuna dəstək verir"
Region
21 Sentyabr , 2016 14:34
Nazir: Türkiyə Suriyaya piyada qoşunu göndərməyəcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Türkiyə Suriyaya piyada qoşunu göndərməyəcək".

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık Suriyada keçirilən "Fırat kalkanı" ("Fərat qalxanı") antiterror əməliyyatından danışarkən bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri "Fırat kalkanı" çərçivəsində Suriya Azadlıq Ordusuna dəstək verir: "Suriya Azadlıq Ordusuna lazım olan hər cür dəstəyi veririk və bunu davam etdirəcəyik. Ancaq hazırda piyada qoşunumuzun bu hərakata qatılması kimi bir planımız yoxdur".

Son xəbərlər

Orphus sistemi