Nazir: "Rusiya və Türkiyə arasında ilk ikitərəfli əlaqə iyul ayında baş tutacaq"

Nazir: "Rusiya və Türkiyə arasında ilk ikitərəfli əlaqə iyul ayında baş tutacaq" Nihat Zeybəkçi: "Rusiya və Türkiyə dünyada qarşılıqlı tərəfdaşlıqdan daha çox qazanacaq iki ölkədir"
Region
9 İyul , 2016 16:39
Nazir: Rusiya və Türkiyə arasında ilk ikitərəfli əlaqə iyul ayında baş tutacaq

Bakı. 9 iyul. REPORT.AZ/ "Rusiya və Türkiyə arasında ilk ikitərtəfli əlaqə artıq iyul ayında baş tutacaq". 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə G-20 ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü zamanı Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi deyib.

Onun sözlərinə görə, müzakirə mövzularından biri sərbəst ticarət zonası olacaq: "Altı ay əvvəl Rusiya ilə Türkiyə olduqca pozitiv nöqtədətdilər. Biz Rusiya ilə Türkiyə arasında sərbəst ticarət haqda razılaşmanı müzakirə etməyə başlamışıq. Bu çox şey deməkdir. İndi biz qaldığımız yerdən davam edəcəyik".

N.Zeybəkçi vurğulayıb ki, Rusiya və Türkiyə dünyada qarşılıqlı tərəfdaşlıqdan daha çox qazanacaq iki ölkədir. 

Son xəbərlər

Orphus sistemi