Nazir müavini: "Rusiyada işləyəcək Türkiyə şirkətlərinin siyahısı hazırlanıb"

Nazir müavini: "Rusiyada işləyəcək Türkiyə şirkətlərinin siyahısı hazırlanıb" 2016-cı il yanvarın 1-dən sonra həmin müəssisələrinin adlarının açıqlanacağı gözlənilir
Region
11 Dekabr , 2015 12:28
Nazir müavini: Rusiyada işləyəcək Türkiyə şirkətlərinin siyahısı hazırlanıb

Bakı. 11 dekabr. REPORT.AZ/ "Rusiyada əməkdaşlarının işləməsinə icazə verilə biləcək Türkiyə şirkətlərinin sayı dəqiqləşdirilməyib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya əmək nazirinin birinci müavini Aleksey Vovçenko jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şirkətlərin siyahısı tərtib edilərək, Rusiya hökumətinə təqdim olunub.

Nazir müavini şirkətlərin sayı haqda məlumat verməyib və dəqiqləşdirmə aparıldığını vurğulayıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən sonra həmin müəssisələrin adlarının açıqlanacağı gözlənilir.  

Son xəbərlər

Orphus sistemi