​Qırğızıstanda nazir müavini DİN əməkdaşına rüşvət verərkən tutulub

​Qırğızıstanda nazir müavini DİN əməkdaşına rüşvət verərkən tutulub Maksat Çakiyev Bişkekdəki təcridxanada saxlanılır
Region
29 May , 2015 10:32
​Qırğızıstanda nazir müavini DİN əməkdaşına rüşvət verərkən tutulub

Bakı. 29 may. REPORT.AZ/ Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Çakiyev 1 600 dollar rüşvət verərkən tutulub.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin Dövlət İstintaq İdarəsindən bildirilib.

"Çakiyev əməkdaşlarımızdan birinə 92 min som (1,6 min dollara yaxın - "Report") rüşvət verməyə cəhd edərkən tutulub" - idarədən bildirilib.

M.Çakiyev Qırğızıstan paytaxtı Bişkekdəki təcridxanada saxlanılır. 38 yaşlı Maksat Çakiyev həm də nazirliyin turzm idarəsinin direktorudur.

Son xəbərlər

Orphus sistemi