Nazarbayev: "Çin Qazaxıstanda 26,2 milyard dollar məbləğində istehsal həyata keçirəcək"

Nazarbayev: "Çin Qazaxıstanda 26,2 milyard dollar məbləğində istehsal həyata keçirəcək" "Hökumətlərimiz istehsal güclərinin Çindən Qazaxıstana transferi üzrə proqram hazırlayıb"
Region
2 Sentyabr , 2016 12:30
Nazarbayev: Çin Qazaxıstanda 26,2 milyard dollar məbləğində istehsal həyata keçirəcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ "İstehsal güclərinin Çindən Qazaxıstana transferi proqramına ümumi dəyəri 26,2 milyard dollardan çox olan 51 layihə daxildir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çin mətbuatına müsahibəsində deyib.

"Hökumətlərimiz istehsal güclərinin Çindən Qazaxıstana transferi üzrə proqram hazırlayıb", - deyə o bildirib.

"Bu gün bu proqrama daxil olan 51 layihə kimya sənayesi, dağ-mədən və metallurgiya sektoru, maşınqayırma, infrastruktur, energetika, aqrar sənaye kompleksi, yüngül sənaye, neft emalı, tikinti materiallarının istehsalı və informasiya texnologiyaları sahəsi üzrədir", - deyə N.Nazarbayev qeyd edib.

Onun sözlərinə görə, bu günə qədər artıq iki layihəyə - toz halında olan polipropilen və minik avtomobillərinin istehsalına start verilib.

Son xəbərlər

Orphus sistemi