​NATO Türkiyənin hava məkanının müdafiəsinin təmin olunması üzrə plan qəbul edib

​NATO Türkiyənin hava məkanının müdafiəsinin təmin olunması üzrə plan qəbul edib Plan çərçivəsində Türkiyədə erkən xəbərdarlıq sistemləri və AWACS kəşfiyyat təyyarələrinin sayı artırılacaq
Region
18 Dekabr , 2015 21:35
​NATO Türkiyənin hava məkanının müdafiəsinin təmin olunması üzrə plan qəbul edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Şimali Atlantika Alyansı "regionda vəziyyətin qeyri-stabil olması"ndan çıxış edərək Türkiyənin hava məkanının müdafiəsinin təmin olunması üzrə plan qəbul edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi məlumat verib.

Plan çərçivəsində Türkiyədə erkən xəbərdarlıq sistemləri və AWACS kəşfiyyat təyyarələrinin sayı artırılacaq, patrul xidməti gücləndiriləcək.

Bundan əlavə, o əlavə edib ki, Şərqi Aralıq dənizində birgə təlimlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi