​NATO-nun Kiyevdə səlahiyyətli nümayəndəliyi açılacaq

​NATO-nun Kiyevdə səlahiyyətli nümayəndəliyi açılacaq Pyotr Poroşenko: "Bu, NATO tərəfindən Ukraynaya açıq-aşkar münasibətin və diqqətin dəyişməsinin göstəricisidir"
Region
22 Sentyabr , 2015 20:40
​NATO-nun Kiyevdə səlahiyyətli nümayəndəliyi açılacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində NATO-nun tam səlahiyyətli nümayəndəliyi açılacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, sentyabrın 22-də Ukraynanın müdafiə naziri Pavel Klimkin və Alyansın baş katibi Yens Stoltenberq uyğun əmr imzalayıblar. İmzalanma mərasimində Ukrayna prezidenti Pyotr Poroşenko da iştirak edib.

"Bu, NATO tərəfindən Ukraynaya açıq-aşkar münasibətin və diqqətin dəyişməsinin göstəricisidir", - P.Poroşenko tədbirdə bildirib.

Məlumatda qeyd olunub ki, indiyədək Ukraynada NATO-nun yalnız informasiya mərkəzi fəaliyyət göstərirdi.

Bu gün Ukrayna ilə NATO arasında texniki əməkdaşlığın gücləndirilməsi haqda qətnamə və strateji əməkdaşlığa dair yol xəritəsi də imzalanıb.

"Bu, əməkdaşlığa dair konkret addımdır. Ukraynanın hazırda hərbi uçuş texnikalarına deyil, ərazisini, müstəqilliyini daha səmərəli şəkildə qorumağa ehtiyacı var" , - P.Poroşenko imzalanan sənədləri şərh edərkən vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi