​NATO-nun baş katibi avqustda Gürcüstana səfər edəcək

​NATO-nun baş katibi avqustda Gürcüstana səfər edəcək O, qurumun təlim-məşq mərkəzinin baş qərargahının açılışını edəcək
Region
26 İyun , 2015 05:04
​NATO-nun baş katibi avqustda Gürcüstana səfər edəcək

Bakı. 26 İyun. REPORT.AZ/ Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bu ilin avqust ayında Gürcüstana səfər edəcək.

"Report" "Rustavi-2" telekanalına istinadən xəbər verir ki, belə bir bəyanatla Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ilə görüşü zamanı NATO baş katibinin müavini Aleksandr Verşbou çıxış edib.

Qeyd olunur ki, Stoltenberq öz səfəri zamanı qurumun təlim-məşq mərkəzinin bu ölkədəki baş qərargahının açılışında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi