NATO Gürcüstanla əməkdaşlığı genişləndirmək üçün tədbirlər paketi hazırlayacaq

NATO Gürcüstanla əməkdaşlığı genişləndirmək üçün tədbirlər paketi hazırlayacaq Sənəd 2016-ci ildə Varşavada keçiriləcək sammitə qədər hazır olacaq
Region
2 Dekabr , 2015 15:11
NATO Gürcüstanla əməkdaşlığı genişləndirmək üçün tədbirlər paketi hazırlayacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ NATO 2016-ci ilin iyulunda Varşavada keçiriləcək sammitə qədər Gürcüstanla siyasi və praktiki əməkdaşlığın genişləndirilməsi üçün konkret tədbirlər hazırlayacaq. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qərar NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına əsasən qəbul edilib.

İclasın yekunlarına dair kommunikedə nazirlər xatırladıb ki, 2008-ci ildə Budapeştdə baş tutmuş sammitdə Gürcüstanın alyansa üzvlük üçün fəaliyyət planı çərçivəsində NATO-nun üzvü olacağına dair razılıq əldə olunmuşdu.

"Bu gün biz bir daha bu qərarın və bundan sonra veriləcək qərarların bütün komponentlərini təsdiq edirik. 2008-ci ildən bu yana əldə edilən əhəmiyyətli irəliləyişi alqışlayırıq. Gürcüstanın alyansla münasibətləri mümkün üzvlüyə hazırlaşmaq üçün bütün praktiki aspektlərə malikdir", - kommunikedə deyilir.

Son xəbərlər

Orphus sistemi