Baş katibin müavini: "NATO Gürcüstanın avrointeqrasiya prosesini dəstəkləyir"

Baş katibin müavini: "NATO Gürcüstanın avrointeqrasiya prosesini dəstəkləyir" Aleksandr Verşbou: "Biz islahatların keçirilməsinin vacibliyini vurğuladıq"
Region
29 Yanvar , 2015 17:47
Baş katibin müavini: NATO Gürcüstanın avrointeqrasiya prosesini dəstəkləyir

Bakı. 29 yanvar. REPORT.AZ/ "NATO Gürcüstanın Avropaya və Avroatlantik məkana inteqrasiyasını dəctəklədiyini bir daha təsdiqləyir".

"Report" "newsgeorgia"ya istinadən xəbər verir ki, bunu Tiflisdə NATO baş katibinin müavini Aleksandr Verşbou deyib.

Xatırladaq ki, o, yanvarın 28-də Gürcüstana ikigünlük səfər edib. Gürcüstan-NATO paketinin icra vəziyyətinin monitorinqi çərçivəsində A.Verşbou Gürcüstan parlamentinin sədri David Usupaşvili, Avropa və Avroatlantik strukturlarına inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze ilə görüşüb.

"Gürcüstan NATO-nun Sülhməramlı Qüvvələrinin məhsuldar, yaxşı tərəfkeşilərindəndir. Biz islahatların keçirilməsinin vacibliyini vurğuladıq", -A.Verşbou deyib.

NATO baş katibinin müavini Gürcüstan prezidenti Georgo Merqvelaşvili, baş nazir İrakli Qaribaşvili ilə də görüşüb.

Tədbirlər paketi 2014-cü il sentyabrın 4-5-də NATO-nun Uelsdə keçirilən sammitində qəbul olunub.

Həmin sənəd çərçivəsində Gürcüstanda alyans və NATO-nun tərəfkeş-dövlətləri hərbçilərinin təlim keçməsi üçün mərkəzin açılması nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi