​Nalbandyan: "Türkiyə ilə əməkdaşlıqdan danışmaq tezdir"

​Nalbandyan: "Türkiyə ilə əməkdaşlıqdan danışmaq tezdir" Nazir bunu mətbuat konfransında bildirib
Region
12 Dekabr , 2014 14:19
​Nalbandyan: Türkiyə ilə əməkdaşlıqdan danışmaq tezdir

Bakı. 12 dekabr. REPORT.AZ/ "Ermənistanın diplomatiyası və xarici siyasəti bütün dövlətlərlə əməkdaşlığın inkişafina yönəlib".

"Report" Ermənistan informasiya vasitələrinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Edvard Nalbandyan latviyalı həmkarı Edqars Rinkeviçlə keçirdiyi mətbuat konfransında bildirib.

Ötən gün Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Qarsda keçirilən üçtərfli görüşündə Ermənistanla bağlı çağırışa münasibət bildirən Nalbandyan deyib ki, Türkiyə ilə əməkdaşlıqdan danışmaq "hələ tezdir".

Bundan sonra o, Türkiyəyə qarşı məlum iddiaları bir daha təkrarlayıb.

Xatırladaq ki, Qarsdakı görüşdə bildirilmişdi ki, Ermənistan qonşu dövlətlərin sərhəd toxunulmazlığına hörmət edəcəyi halda regional layihələr qoşula bilər.

Son xəbərlər

Orphus sistemi