​Müxalifət: Türkməndağı bölgəsində Rusiya və Suriyanın 8 generalı öldürülüb

​Müxalifət: Türkməndağı bölgəsində Rusiya və Suriyanın 8 generalı öldürülüb Rusiyalaı general Türkməndağına hücumu və türkmənlərin bu rayondakı evlərinin bombalanmasını əlaqələndirirmiş
Region
4 Fevral , 2016 10:17
​Müxalifət: Türkməndağı bölgəsində Rusiya və Suriyanın 8 generalı öldürülüb

Bakı. 4 fevral. REPORT.AZ/ Suriyanın Türkiyə ilə sərhədində yerləşən Türkməndağı bölgəsində Bəşşar Əsəd rejiminə və Rusiyaya bağlı 8 yüksək rütbəli zabit öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Suriya müxalifəti bildirib.

Məlumata görə, Əsədə bağlı hərbçilərlə Rusiya zabitlərinin görüş keçirdiyi əraziyə basqın olub. Nəticədə 15 hərbçi öldürülüb. Onlardan 4-ü Rusiya Silahlı Qüvvələrinin, 4-ü isə Əsədənın zabitləridir.

Məlumata görə, öldürülən rusiyalı generallardan birinin adı "Yuri"dir. O, Türkməndağına hücumu və türkmənlərin bu rayondakı evlərinin bombalanmasını əlaqələndirirmiş. Basqın nəticəsində öldürülən Bəşşar Əsəd rejimi generallarından 3-nün adı müəyyən edilib. Öldürülən generalların Əhməd Munzur, Əli Cabir və Əli Umran olduğu bildirilib. 

Son xəbərlər

Orphus sistemi