​Moskvada uşaq tapançadan başına atəş açaraq ölüb

​Moskvada uşaq tapançadan başına atəş açaraq ölüb 11 yaşlı uşaq aldığı yaradan hadisə yerində keçinib
Region
21 Yanvar , 2016 00:11
​Moskvada uşaq tapançadan başına atəş açaraq ölüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Moskvada travmatik tapançadan təsadüfən başına atəş açan uşaq dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Moskva üzrə baş İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yuliya İvanova məlumat verib.

"Yanvarın 20-si axşam Svetloozerski küçəsində yerləşən evlərdən birinin mənzilində silahın diqqətsiz saxlanması nəticəsində 11 yaşlı oğlan travmatik tapançadan təsadüfən başına atəş açıb. Uşaq aldığı yaradan hadisə yerində keçinib", - deyə İvanova bildirib.

Onun sözlərinə görə, yoxlama çərçivəsində "göstərilən silahın saxlanmasına görə cavabdeh olan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək".

Hazırda hadisə yerində müstəntiqlər işləyirlər.

Son xəbərlər

Orphus sistemi