Bakı. 1 mart. REPORT.AZ/ Moskvada "Kirqiziya" kinoteatrından tüstülənmə səbəbindən 280 nəfər təxliyə olunub.
"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinə istinadən "İnterfax" məlumat yayıb.
Məlumata görə, tüstülənmə axşam saatlarında kinoteatrın üçüncü mərtəbəsində qısa qapanma nəticəsində baş verib.
Zərərçəkənlər barədə məlumat yoxdur.