Moskvada trolleybusların qorunması üçün pul toplanılır

Moskvada trolleybusların qorunması üçün pul toplanılır Bələdiyyə tələb olunan məbləğin üç gün ərzində toplanılacağına ümid edir
Region
26 Mart , 2016 17:48
Moskvada trolleybusların qorunması üçün pul toplanılır

Bakı. 26 mart. REPORT.AZ/ Moskvada bir qrup fəal şəhərin mərkəzindəki trolleybus xətlərinin saxlanılması üçün fond toplamağa başlayıb. “Report” BBC-yə istinadən xəbər verir ki, Moskvada yerli hakimiyyət bu il ərzində trolleybusların ləğv edilməsini nəzərdə tutur.

Kampaniya Şukino rayonunun bələdiyyə nümayəndəsi Maksim Kats və bloqqer İlya Varlamovun təşəbbüsü ilə başladılıb.

Onlar Moskvada trolleybusların məhvini “böyük şəhərsalma səhvi” adlandırırlar.

Onlar trolleybusların qorunması üçün fond yığılmasını və informasiya kampaniyasını həyata keçirirlər.

Kampaniyanın miqyası toplanılacaq vəsaitdən asılı olacaq.

M.Kats tələb olunan məbləğin üç gün ərzində toplanılacağına ümid edir.

Moskva rəhbərliyi trolleybusların ləğvinin şəhərin yol-nəqliyyat infrastrukturunun inkişafı üçün həyata keçirildiyini bildirir.

Son xəbərlər

Orphus sistemi