​Moskvada terrorçu "PKK"nın Suriyadakı qolunun nümayəndəliyi açılıb

​Moskvada terrorçu "PKK"nın Suriyadakı qolunun nümayəndəliyi açılıb Tədbirə Ukraynadakı Rusiyayönlü terrorçuların nümayəndələri də qatılıb
Region
11 Fevral , 2016 10:32
​Moskvada terrorçu PKKnın Suriyadakı qolunun nümayəndəliyi açılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD" ("Demokratik Birlik Partiyası") Rusiya paytaxtı Moskvada nümayəndəlik açıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, nümayəndəlik "Qərbi Kürdüstan təmsilçiliyi" adı ilə açılıb. Ofisin Suriyanın şimalında, Türkiyə ilə sərhəddə "PYD"-nin "Cezire", "Kobani" və "Afrin" "kantonları" kimi adlanan bölgələrini təmsil etdiyi bildirilib.

Açılışda Türkiyə Xalqların Demokratik Partiyasının üzv, deputat Fələknas Uca, "PYD"nin Rusiya təmsilçisi Abdussalam Əli və "Suriya kürdlərinin ABŞ və Avropa təmsilçisi" Senam Mühəmməd də iştirak edib. 

Məlumata görə, toplantıya Ukraynanın şərqində fəaliyyət göstərən Rusiyayönlü terrorçuların nümayəndələri də qatılıb.

Son xəbərlər

Orphus sistemi