Bakı. 10 mart. REPORT.AZ/ Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyanın Moskvada prezident Vladimir Putinlə görüşüb.
"Report"un "News.am"a istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında iqtisadi-ticarət, investisiya, energetika, humanitar və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.