​Moskvada pis hava şəraiti səbəbindən 45 aviareys gecikib, 18 reys ləğv olunub

​Moskvada pis hava şəraiti səbəbindən 45 aviareys gecikib, 18 reys ləğv olunub Domodedovoda 14, Şeremetyevoda isə 4 reys ləğv edilib
Region
19 İyul , 2016 01:10
​Moskvada pis hava şəraiti səbəbindən 45 aviareys gecikib, 18 reys ləğv olunub

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Şeremetyevo hava limanlarında 45 aviareys gecikib, 18 reys ləğv olunub.

"Report" xəbər verir ki, bu barədə informasiya "Yandeks.Cədvəl" portalında yerləşdirilib.

Hazırda Domodedovoda 35, Şeremetyevoda 10 reys gecikir, eyni zamanda təqribən 20 reys ləğv edilib. Domodedovoda 14, Şeremetyevoda 4 reys ləğv edilib. Vnukovo aeroportunda reyslərin gecikməsi və ləğv edilməsi qeydə alınmayıb. İstiqamətlər arasında Azərbaycanın hər hansı bir şəhərinin adı yoxdur.

Bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi güclü küləklə müşayiət olunacaq tufan haqqında təcili xəbərdarlığının müddətini 19 iyul 15:00-dək uzadıb.

Son xəbərlər

Orphus sistemi