​Moskvada konservatoriya binasının bir hissəsi uçub, fəhlə ölüb

​Moskvada konservatoriya binasının bir hissəsi uçub, fəhlə ölüb O, dağıntılar altında qalıb
Region
17 Noyabr , 2015 04:52
​Moskvada konservatoriya binasının bir hissəsi uçub, fəhlə ölüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün gecə saatlarında Moskvada Çaykovski adına konservatoriya binasının bir hissəsi uçub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Məlumata görə, Sredni Kislovodski döngəsi, ev 4-dəki kərpic hörgünün bir hissəsi uçub. Bu ünvanda konservatoriya yerləşir. Onun binası hazırda yenidən qurulur.

Hadisə nəticəsində dağıntılar altında qalan fəhlə dünyasını dəyişib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Son xəbərlər

Orphus sistemi