​Moskvada erməni aktyorun avtomobili atəşə tutulub

​Moskvada erməni aktyorun avtomobili atəşə tutulub Polis faktla bağlı təhqiqat aparmaqdan imtina edib
Region
12 Mart , 2015 06:13
​Moskvada erməni aktyorun avtomobili atəşə tutulub

Bakı. 12 mart. REPORT.AZ/ Moskvada Şabolovka küçəsində yerləşən dayanacaqda tanınmış erməni aktyor Georgi Martirosyanın avtomobili atəşə tutulub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, snayperdən açılan atəş nəticəsində ümumilikdə səkkiz maşın zərər çəkib.

Erməni aktyora təqribən 100 min rubl məbləğində maddi ziyan dəyib.

Maraqlıdır ki, polis faktla bağlı təhqiqat aparmaqdan imtina edir.

Son xəbərlər

Orphus sistemi