Bakı. 15 dekabr. REPORT.AZ/ Moskvada səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir.
"Report" TASS-a istinadən xəbər verir ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriya və Ukraynadakı vəziyyəti, ikitərəfli münasibətləri müzakirə edir.
Xəbərdə bildirilib ki, bu, 2015-ci ildə ABŞ dövlət katibi ilə Rusiya xarici işlər naziri arasında keçirilən 20-ci görüşdür.
Danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin Con Kerrini qəbul edəcək.