​Moskvada 8 mindən çox tibb işçisi ixtisara düşüb

​Moskvada 8 mindən çox tibb işçisi ixtisara düşüb İşdən çıxarılanların 2 min nəfəri həkimdir
Region
17 Fevral , 2015 05:37
​Moskvada 8 mindən çox tibb işçisi ixtisara düşüb

Bakı. 17 fevral. REPORT.AZ/ Moskvada səhiyyə sahəsində aparılan islahatlar zamanı 8,3 min tibb işçisi vəzifəsindən kənarlaşdırılıb.

"Report"un "Kommersant"a istinadən verdiyi xəbərə görə, paytaxtın Sosial Müdafiə Departamentindən bildirilib ki, ixtisarların yekunu üzrə dövlət büdcəsindən 8 300 həkimə kompensasiya ödənib.

Kompensasiyaların ümumi həcmi 2,69 milyard rubl təşkil edib.

İxtisarlara daha çox orta tibb heyəti məruz qalıb: bir qayda olaraq 4 min feldşer və tibb bacısı işdən çıxarılıb. Çıxarılanlardan 2,3 min nəfəri sanitar və kiçik tibb personalının digər ixtisaslarında çalışıblar. Həkimlər arasında işsiz qalanlar 2 min nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi