Moskvada 2020-ci ilə qədərki dövr üçün MDB İqtisadi İnkişaf Strategiyası müzakirə olunub

Moskvada 2020-ci ilə qədərki dövr üçün MDB İqtisadi İnkişaf Strategiyası müzakirə olunub Strategiyanın həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanır
Region
27 Fevral , 2015 17:55
Moskvada 2020-ci ilə qədərki dövr üçün MDB İqtisadi İnkişaf Strategiyası müzakirə olunub

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 26-27-də Moskvada 2020-ci ilə qədərki dövr üçün MDB İqtisadi İnkişaf Strategiyasının III mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanması üzrə İşçi Qrupunun ikinci iclası keçirilib. 

"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova və Rusiyadan nümayəndələr, o cümlədən MDB ölkələrinin dövlət idarələrinin nümayəndələri və MDB İcraiyyə Komitəsinin mütəxəssisləri də iştirak ediblər. 

Sənədin müzakirəsi zamanı ekspertlər tərəfindən sözügedən Plan layihəsində müddəaların dəqiqləşdirilməsi və maliyyə-iqtisadi sahədə aktual məsələlərin həlli üçün əlavə dəyişikliklərin edilməsi təklif oluinub.

MDB ölkələri hökumət orqanlarında razılaşdırıldıqdan sonra sənəd layihəsinin MDB İqtisadi Şurasının müzakirəsinə çıxarılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi