​Moskvada 100 mln. rublluq fırıldaqçılıqda şübhəli bilinən 5 nəfər həbs edilib

​Moskvada 100 mln. rublluq fırıldaqçılıqda şübhəli bilinən 5 nəfər həbs edilib Saxlanılanlar arasında Çeçenistan Daxili İşlər Nazirliyinin 2 əməkdaşı da var
Region
17 Avqust , 2016 22:18
​Moskvada 100 mln. rublluq fırıldaqçılıqda şübhəli bilinən 5 nəfər həbs edilib

Bakı. 17 avqust. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində 100 milyon rublluq fırıldaqçılıqda şübhəli bilinən 5 nəfər həbs edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvanın Tver rayon Məhkəməsi paytaxt sahibkarından 100 milyon rubl tələb etməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar qrupun 5 üzvünü həbs edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk agentliyə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin iki əməkdaşı da var. Məhkəmə onlar barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Polis şübhəli şəxslərin mənzilində axtarış zamanı silah-sursat, xidməti vəsiqələr aşkar edib.

DİN rəsmisi əlavə edib ki, istintaq orqanları cinayətkar qrupun fəaliyyəti nəticəsində zərər çəkmiş şəxslərin sayının xeyli çox olduğunu güman edir.

"Zərərçəkənlkərin dəqiq sayı araşdırmalar zamanı məlum olacaq", - deyə İrina Volk bildirib.

Son xəbərlər

Orphus sistemi