​Moskva meri "Bakı-2015" ilk Avropa Oyunlarının medalçılarını təltif edib

​Moskva meri "Bakı-2015" ilk Avropa Oyunlarının medalçılarını təltif edib Moskva təmsilçiləri Rusiya yığmasının əldə etdiyi medalların üçdə biri qazanıb
Region
9 İyul , 2015 16:17
​Moskva meri Bakı-2015 ilk Avropa Oyunlarının medalçılarını təltif edib

Bakı. 9 iyul. REPORT.AZ/ Moskva meri Sergey Sobyanin iyunun 12-dən 28-dək Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibləri olan moskvalı idmançılara diplomlar təqdim edib.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi yeni açılan İdman innovasiya texnologiyaları və yığma komandaların təlim mərkəzində keçirilib.

Sobyanin bildirib ki, 100 nəfərdən ibarət Moskvalı idmançılar qrupu 26 idman növündə doğma şəhərin idman şərəfini ləyaqətlə qoruyublar.

Sobyanin həmçinin qeyd edib ki, Rusiya komandasının qazandığı 164 (79 qızıl, 40 gümüş və 45 bürünc) medaldan 52-i Moskva idmançıların payına düşür. Bu medalların 34 qızıl, 13 gümüş və 5 bürünc medal olub.

"Moskva həmişə çox möhtəşəm idman şəhəri olub və indi də qalmaqdadır. 3 milyondan artıq moskvalı müntəzəm şəkildə bədən tərbiyəsi və idmanla məşğul olur. Moskva idmançıları, bir qayda olaraq, bir çox idman növlərində Olimpiya və Paralimpiya milli komandaların əsasını təşkil edir". - Moskva meri deyib.

Son xəbərlər

Orphus sistemi