Bakı. 13 yanvar. REPORT.AZ/ Moskva aeroportlarında qar və çovğun səbəbindən aviareyslərin yerinə yetirilməsi ilə bağlı yaranan vəziyyət mürəkkəb olaraq qalmaqdadır.
"Report" TASS-a istinadən xəbər verir ki, təxirə salınan reyslərin sayı əhəmiyyətli dərəcədə azalsa da, gecikən uçuşların sayı azalmaq bilmir.
Moskva vaxtı ilə 00:30-a olan vəziyyətə görə, hava limanlarının onlayn tablolarında onlarla reysin təxirə salındığı, lakin əvvəllər gecikən reyslərin çoxunun artıq yerinə yetirildiyi qeyd olunub.
Hazırda "Domodedovo"da üç reys gecikir, 9 reys təxirə salınıb, "Şeremetyevo"da 20 reys gecikmə ilə uçuş və eniş edəcək, "Vnukovo"da isə 4 reys uçuş və enişə gecikir, bir reys ləğv olunub.
"Domodedovo"da aerodrom ərazisinin qardan təmizlənməsinə 50 ədəd xüsusi texnika cəlb olunub. "Vnukovo" və "Şeremetyevo"da da vəziyyət demək olar ki, kritikdir.